17 C
Baku
Thursday, May 2, 2024

Pakistan Prezidenti İlham Əliyevi təbrik edib

“Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək göstərəcək”.

Banker.az xəbər verir ki, bu fikirlər Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb.

Məktubda A.Alvi Zəfər Günü münasibətilə Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edib:

“Bu əlamətdar gün bizə Azərbaycan xalqının doğma Vətənin müdafiəsi uğrunda qəhrəmancasına mübarizəsini xatırladır. Sizin güclü liderliyiniz sayəsində qazandığınız bu strateji Qələbə nəticəsində təkcə Azərbaycan Respublikasının ərazi bütövlüyü deyil, həm də tarixi ədalət bərpa olundu. Builki bayram xüsusi əhəmiyyət daşıyır, belə ki, Azərbaycan qanuni ərazisi olan Qarabağ üzərində tam nəzarəti bərpa edib.Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək göstərəcək. Qoy, bu Zəfər regionda sülhü, sabitliyi, inkişafı və rifahı dönməz etsin! Uzun illərdən bəri yüksələn xətlə inkişaf edən qardaşlıq münasibətlərimizin son vaxtlarda keçirilmiş yüksək səviyyəli görüşlər və xalqlar arasında təmaslar nəzərə alınmaqla çoxşaxəli əməkdaşlıq vasitəsilə gücləndirilməsi istiqamətində Sizinlə birgə işləməyə ümidvaram. Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər