Maliyyə Bazarlarına Nəzarət Palatası “Perspektiv-A” MMC-ni yenidən iki xariclə valyuta əməliyatlarındakı nöqsana görə cərimələyib, bunu məhkəmə iddia edir.
Banker.az-ın xəbərinə görə, Palata İnzaibati Xətalar Məcəlləsinin 430.4-cı madəsi ilə 909 625 Rusiya Rublu və 25 217 ABŞ dollarında iki əməliyyata görə bu şirkəti cəzalandırıb. Bu məbləğlərin hər birinin 20 faizi həcimində Şikrətə cərimə kəsilir.
Nərimanov Rayon Məhkəməsinin bu iki qərarı ilə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Palata bu şirkəti bundan öncə də eyni səbəbə görə cərimələmişdi. “Perespectiv A” bu qərarlardan Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək şikayətçi olmuşdu. Lakin bu apellyasiya bununla bağlı qərarları dəyişilməz saxlamışdı.
Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.