25 C
Baku
Monday, April 29, 2024

Palata sədri: “Azərbaycanda hələ də cinayət yolu ilə əmlak əldə edilir”

Azərbaycanda hələ də cinayət yolu ilə əmlak əldə edilir və ondan istifadə olunur.

Bunu Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupunun ilk fiziki toplantısında Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib.

“2020-2022-ci illərdə Azərbaycanda müvafiq Milli Fəaliyyət Planına uyğun olaraq müsbət addımlar atılıb, uğurlu nəticələr əldə edilib. Bununla yanaşı, ölkədə cinayət yolu ilə əmlakın əldə edilməsi, ondan istifadə olunması halları hələ də tam aradan qaldırılmayıb. Çox önəmlidir ki, belə halların yolverilməzliyini qeyd edən Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın legallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı” bu istiqamətdə çox mühüm kompleks tədbirlərin reallaşdırılmasını hədəfləyir”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər