6 C
Baku
Sunday, December 15, 2024

Palatanın “rent-a-car” şirkətinə qarşı cəriməsi ləğv edilib

2002-ci ildə Bakıda təsis olunan Azərbaycanın nəqliyyat şirkətlərindən biridir və 2007-ci ildən avtomobillərin icarəsi (rent-a-car) üzrə fəaliyyət göstərən “Aznur” MMC şirkətinə qarşı 1320 ABŞ dolları məbləğində cərimə ləğv edilib.

Banker.az xəbər verir ki,  İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 iyul 2019-cu il tarixli qərarındakı apellyasiya şikayətinə baxılıb və cərimə ləğv edilməklə icraata xitam verilib.

Bu cəriməni Maliyyə Bazarlarının Nəzarət Palatası xariclə valyuta əməliyyatlarına görə tətbiq edir. 

XM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər