“Panasonic” ABŞ-da dörd milyard dollarlıq zavod tikəcək

Yaponiyanın “Panasonic” korporasiyası ABŞ-ın Kanzas ştatında elektromobillər üçün akkumulyator istehsal edən zavod tikməyi planlaşdırır.

Dörd milyard dollar dəyərində olacaq zavod akkumulyator istehsalında ən iri müəssisələrdən birinə çevriləcək. Eyni zamanda 4000-ə qədər iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “Panasonic” Nevada ştatında “Tesla” şirkəti ilə birgə akkumulyator istehsal edən birgə müəssisəyə malikdir.

MənbəOxu.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər