4 C
Baku
Friday, March 29, 2024

Pandemiya ABŞ pasportunun dəyərini kəskin aşağı salıb

“Henley & Partners” konsaltinq şirkətinin verdiyi məlumata görə, koronavirus pandemiyası və onunla əlaqədar olaraq sərhədlərin bağlanması, ABŞ pasportunun dəyərinin kəskin aşağı düşməsinə səbəb olub. Xatırladaq ki, bu və ya digər ölkənin pasportunun dəyəri, bu pasportla vizasız girişin açıq olduğu dövlətlərin sayından asılıdır.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edildiyi kimi, bəzi pasportların dəyəri həqiqətən kəskin aşağı düşüb. Məsələn, ABŞ pasportu bu reytinqdə yeddinci yer alıb: formal olaraq vizasız girişə 185 ölkə icazə verir. Lakin iyulun 1-dən etibarən amerikalıların Avropa İttifaqına girişi qadağan olunub. Bu səbəbdən amerikan pasportu müvəqqəti olsa da 27 ölkə “itirir”.
Rusiya pasportu mövqeyini dəyişməyib: rusiyalıların Avropa İttifaqına vizasız girişi pandemiyadan əvvəl də qadağan idi. Hazsırda Rusiya pasportu ilə dünyanın 118 ölkəsinə vizasız girmək olur.
Pandemiyadan əvvəl olduğu kimi, birinci yerdə Yaponiya dayanır: yaponlar dünyanın 191 ölkəsinə vizasız gedib-gələ bilərlər. Qeyd edək ki, ilk onluğa həmçinin Sinqqapur, Cənubi Koreya, ABŞ, İsvemrə, Böyük Britaniya, Avstraliya, Kanada və bəzi Aİ ölkələri daxildir. Sonuncu sıraları Əfqanistan, İraq və Suriya tutub.
Son xəbərlər
Digər xəbərlər