9 C
Baku
Thursday, December 12, 2024

Parlament bu şəxslərə hərbi rütbənin verilməsini təsdiqlədi

Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsinə dair layihə sonuncu oxunuşdan keçib.

Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirə edilib.

Qanunun 11-ci maddəsinin on beşinci hissəsinə təklif olunan dəyişiklik məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsini, 39-cu maddənin ikinci hissəsinə təklif olunan dəyişiklik hərbi rütbəyə görə pul əlavəsinin ödənilməsini müəyyən edir.

Məhkəmə-psixiatriya ekspertizası müstəqil ekspertiza olduğu üçün qanunun 23- cü maddəsinin ikinci hissəsinə texniki xarakterli dəyişikliyin edilməsi təklif olunur. Bütövlükdə, təklif olunan dəyişikliklərin məqsədi məhkəmə ekspertizalarının hərbi xidmət nəzərdə tutulmuş müvafiq dövlət orqanında keçirilməsi üçün hüquqi əsaslanın qanunda təsbit edilməsi və məhkəmə ekspertizaları təsnifatının daha dəqiq müəyyən edilməsidir.

Hazırda məhkəmə ekspertlərinin fəaliyyətinin təşkili üzrə səlahiyyətlər aşağıdakı müvafiq icra hakimiyyəti orqanlarına məxsusdur:

– məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Səhiyyə Nazirliyi;

– məhkəmə ekspertizasının digər sahələrində Ədliyyə Nazirliyi;

– ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində Daxili İşlər Nazirliyi.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər