7 C
Baku
Thursday, December 12, 2024

“Partner Finance”nin 500 000 manatlıq istiqrazları hərraca çıxarılır

15 may 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Partner Finance” QSC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

17 may 2023-cü il tarixində Bakı Fond Birjasında “Partner Finance” QSC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN – AZ2005021962

İstiqrazların növü və forması  – Faizli, təminatsız sənədsiz adlı istiqrazlar

İstiqrazların sayı – 500 ədəd

Nominal Dəyəri – 1000 manat

İllik faiz dərəcəsi – 10%

Tədavül müddəti – 3 il

Hərrac tarixi – 17.05.2023

Kupon faizlərinin ödəniş müddəti İldə bir dəfə (bir ilin 360 gün olduğunu qəbul etmək şərti ilə)

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Son xəbərlər
Digər xəbərlər