6 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank” növbəti ağacəkmə aksiyasına qoşulub

®Məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” təbiətə və ətraf mühitə həssaslıqla davranılmasının tərəfdarı kimi çıxış edir. Bank, sağlam ekoloji mühitin yaradılmasını təşviq edən bir sıra təşəbbüslərə dəstək göstərib. Növbəti belə tədbir mart ayının 15-də Müşfiqabad qəsəbəsində baş tutub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi bu aksiya Mərkəzi Bankın, maliyyə qurumları və assosiasiyalarının nümayəndələrinin iştirakı ilə baş tutub. “PAŞA Bank” heyətinin də qatıldığı bu aksiya çərçivəsində 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.

Xatırladaq ki, Bank, ölkəmizin müxtəlif regionlarında, o cümlədən azad olunmuş torpaqlarımızda təbiətin bərpası, Bakı çimərliklərinin təmizlənməsi də daxil, bir sıra ekoloji layihələrə dəstək verib.

Son xəbərlər
Digər xəbərlər