7 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank” Qarabağ Dirçəliş Fondunun Şuşada təşkil etdiyi işgüzar görüşdə iştirak edib

®Ölkənin aparıcı korporativ maliyyə institunu “PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev Şuşa şəhərində keçirilən “Qarabağın dirçəlişi – mövcud çağırışlar və yeni imkanlar” mövzusunda işgüzar görüşdə iştirak edib. Tədbir 21 iyun tarixində Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilib.

Görüşdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin idarə heyətinin sədri Məftun Abbasov, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi və ölkənin digər banklarının rəhbərləri iştirak edib.

Tədbirdə Qarabağın investisiya potensialının təbliği, eləcə də işğaldan azad edilən ərazilərdə dövlət-özəl tərəfdaşlığının inkişafı və təşviqi yönümlü təşəbbüslərin həyata keçirilməsi, bu ərazilərdə maliyyə-bank sisteminin bərpası, biznes imkanlarının stimullaşdırılmasında bankların rolu kimi mövzular müzakirə olunub.

“PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyevin sözlərinə görə, Bank, Qarabağın inkişaf strategiyasının həyata keçirilməsində mühüm rol oynayır və işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinə cəlb olunan şirkətlərlə fəal surətdə əməkdaşlıq edir.

“Ölkənin aparıcı korporativ maliyyə institutu olaraq əsas rolumuz hökumət tərəfindən planlaşdırılan layihələrin həyata keçirilməsinə, Qarabağ bölgəsində bizneslərə dəstək göstərilməsinə və azad edilmiş digər şəhərlərin mədəni irsinin bərpasına töhfə vermək olacaq”, – deyə, C.Quliyev vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər