2 C
Baku
Sunday, December 15, 2024

PAŞA Bank və Umico, Masterpass vasitəsilə yeni rəqəmsal POS təqdim edir

®

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, MasterCard və Umico mobil tətbiqi ilə birlikdə istehlakçılara daha bir innovativ həll təklif edir. Yerli bazarda ilk dəfə istehlakçılar barkodu skan edərək tətbiqdaxili kartlarla Masterpass vasitəsilə ödəniş edərək əlavə bonuslar əldə edə bilərlər.

Bazarda tamamilə yenilik olan rəqəmsal ödəniş sistemi həm istehlakçının, eyni zamanda da satış və xidmət nöqtələrinin iş və həyat səviyyəsini yüksəltməyə xidmət edəcək. Artıq istehlakçılar Umico mobil tətbiqetməsinə hər hansı bir ödəmə kartı əlavə edərək və sadəcə barkodu kassaya təqdim etməklə rahat və etibarlı şəkildə alış-veriş edə biləcəklər – nə fiziki kart, nə də nağd pul tələb olunmur. Bundan başqa, “Umico” tərəfindən təqdim olunan bütün bonus təklifləri və digər üstünlüklər ilə yanaşı Masterpass ilə ödəniş qəbul edən partnyor şəbəkəsindən əlavə 1% bonus qazanacaqlar. Təqdim olunan bu yeni xidmət sayəsində tərəfdaş ticarət obyektləri və xidmət şirkətləri barkodu oxutmaqla, POS terminal olmadan belə, mal və xidmətlərin ödənişini qəbul edə bilərlər.

Umico-nun baş icraçı direktoru İqor Bıçekin sözlərinə görə, Umico mobil tətbiqi pərakəndə satış məntəqələri və ödəmələrdə ən yenilikçi texnoloji həlləri tətbiq edən platforma halına gəlir. “Təmassız ödəmələr üçün istənilən bank kartını Umico-ya bağlamanıza imkan verən yeni məhsulu – Masterpass elektron cüzdanını təqdim etməyə şadıq. Yeni həllin bir neçə üstünlüyü var: əlavə bonus ilə yanaşı, ödəmə üçün bank kartı kiməsə ötürmənizə ehtiyac qalmır, bu da pandemiya zamanı çox vacib amildir- ödəmə etmək üçün yalnız mobil telefona ehtiyacınız var. Müştərilərin Masterpass istifadə edərək ödəyə biləcəyi partnyor şəbəkəsi günü-gündən böyüyür və bu da Umico ilə alışların müştərilərimiz üçün getdikcə daha sərfəli olacağı deməkdir ” deyə İ. Bıçek bildirib.

Mastercard Azərbaycanın ölkə üzrə meneceri Erdem Çakar, Masterpass ilə yeni bir ödəmə üsulu təqdim etdiklərindən məmnun olduqlarını qeyd etdi.
“Umico istifadəçiləri kartlarını Umico tətbiqetməsindən Masterpass’a əlavə edə bilərlər. Umico barkodları skan edildikdən dərhal sonra mobil telefonlarından əməliyyata icazə verərək Masterpass ilə təhlükəsiz, etibarlı, sürətli və sərfəli şəkildə dərhal ödəniş edə bilərlər. Bu, Azərbaycanda nağdsız ödənişlərin təşviqi təşəbbüsündə yeni bir mərhələdir” – E. Çakar.

PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucovun sözlərinə əsasən, Azərbaycanın maliyyə bazarına yeni texnoloji vasitələrin təqdim edilməsi PAŞA Bankın 2018-2020-ci illər üçün nəzərdə tutulan İnkişaf Strategiyasında xüsusi yer alıb.

“Son illərdə PAŞA Bankın nağdsız ödənişlər sahəsinin inkişafında həm ölkənin bank icması, həm də sektorun dövlət tənzimləyicisi tərəfindən tanınan əhəmiyyətli nəticələr əldə etməsi xüsusi olaraq vurğulanmalıdır. 2020-ci ildə bu sahədəki ən mühüm layihələrdən biri “Umico” xidməti ilə tərəfdaşlıq çərçivəsində “MasterPass” rəqəmsal cüzdanının tətbiqi olub. “MasterPass” platforması müxtəlif bankların ödəniş kartları ilə əməliyyatlar apararkən istifadəçi rahatlığını təmin etməkdə, bank kartı sahiblərinə bütün ödəniş məlumatlarını bir tətbiqdə saxlamaqda və həyata keçirilən əməliyyatların təhlükəsizliyini gücləndirməkdə yardımçı olmaqla yanaşı, həm də alış-veriş zamanı əlavə bonuslar qazanmaq imkanı yaradır. Əminəm ki, PAŞA Bankın tərəfdaşlarla birlikdə uğurla həyata keçirdiyi bu layihə vətəndaşları gündəlik həyatda daha çox bank kartlarından istifadəyə təşviq edəcək və beləliklə də, ölkədə nağdsız ödənişlərin həcminin artırılmasına töhfə verəcək”, deyə Cəlal Orucov vurğulayıb.

Umico istifadəçiləri, Masterpass-dan istifadənin mümkün olduğu məntəqələrin siyahısı ilə xüsusi işarələnmiş partnyorlar siyahısı səhifəsində tanış ola bilərlər.

Yeni məhsuldan faydalanmaq üçün
– Umico tərəfdaşı olun – https://umico.az/become-partner
– Xidmət üçün PAŞA Banka müraciət edin – https://www.pashabank.digital/login#/signup

Daha ətraflı məlumat üçün PAŞA Bank Əlaqə Mərkəzinə müraciət edin: * 8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün), * 9123 / (+99412) 4965000 (fiziki şəxslər üçün).

Son xəbərlər
Digər xəbərlər