13 C
Baku
Tuesday, May 14, 2024

“PAŞA Bank”ın aktivləri 6 milyard manatı keçdi

1 oktyabr 2021-ci il tarixinə “PAŞA Bank”ın aktivləri 6 milyard 68 milyon 42 min manat təşkil edib. Bank 1 iyul 2021-ci il tarixində 5 milyard 944 milyon 170 min manat, 1 aprel 2021-ci il tarixində isə 5 milyard 669 milyon 83 min manat cəmi aktivlərə malik idi. 

Bankdan Banker.az-a daxil olmuş məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə 2 milyard 335 milyon 20 min manat olub. Bu məbləğ ötən ilin eyni dövründə 2 milyard 45 milyon 264 min manat idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər