10 C
Baku
Wednesday, December 11, 2024

PAŞA Bankın dəstəyi ilə “AzerGold” şirkətinin istiqraz emissiyasınının 2-ci tranşı uğurla yerləşdirilib

®Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın dəstəyi ilə ölkənin kapital bazarında “AzerGold” QSC-nin istiqrazlarının buraxılışının 10 milyon ABŞ dolları həcmində 2-ci tranşı müvəffəqiyyətlə yerləşdirilib.

Hərrac zamanı ümumi 37 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 103.4239 (3.00%)  olan 46 sifariş təqdim edilib. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 102.0681 (3.50%),  orta ölçülmüş qiyməti 102.4759 (3.35%) müəyyən olunub.

Xatırladaq ki, bazar iştirakçılarının böyük marağına səbəb olan “AzerGold” şirkətinin istiqrazların 1-ci yerləşdirilməsi PAŞA Bankın dəstəyi ilə 24 sentyabr tarixində baş tutub. PAŞA Kapital investisiya şirkətinin anderrayterliyi ilə həyata keçirilən bu yerləşdirmədə istiqrazların planlaşdırılmış ümumi 20 milyon ABŞ dolları həcmindən ilk 10 milyon tranşı həyata keçirilib. Həmin buraxılış yerli bazarda ilk dəfə ölkə iqtisadiyyatının qeyri-neft sahəsini təmsil edən dövlət şirkətlərinin istiqrazlarının buraxılışı kimi qeyd olunub.

Qeyd edək ki, PAŞA Bankın investisiya bankçılığı xidmətləri borc və səhm kapitalının cəlb olunması, istiqrazların ilkin bazarda yerləşdirilməsi, birləşmələr və qoşulmalar, sindikatlaşdırılmış kreditlərin təşkili və kredit reytinqinin təyin olunması, o cümlədən də artırılması üzrə məsləhətçilik xidmətlərini əhatə edir. Son illər ərzində PAŞA Bankın investisiya bankçılığı və yerli kapital bazarının inkişafı istiqamətində apardığı işlərin nəticələri yüksək qiymətləndirilir. Belə ki, 2017-2018-ci illərdə Bank, “EMEA Finance” nüfuzlu beynəlxalq maliyyə nəşrinin “Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı” nominasiyası üzrə mükafata layiq görülüb.

Son xəbərlər
Digər xəbərlər