5 C
Baku
Saturday, December 14, 2024

PAŞA Bankın İdarə Heyətinin yeni Sədri təyin olunub

Müşahidə Şurasının qərarı ilə PAŞA Bankın İdarə Heyətinin yeni Sədri müəyyən olunub. Sədr vəzifəsinə öncə Bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov təyin olunub. Bu təyinatdan əvvəl PAŞA Banka Fərid Axundov rəhbərlik edirdi. F. Axundov öz işini bankın Müşahidə Şurasının Üzvü kimi davam edəcək.

F. Axundovun sözlərinə görə, Bankın rəhbərliyinin dəyişdirilməsi haqqında qərarın qəbul edilməsi və kollektivin bu qərar haqda məlumatlandırılması 2014-cü ilin fevral ayında baş tutmuşdur. “Biz çox şadıq ki, Bankın idarəçiliyi məhz Bankın təsis edildiyi gündən bankda çalışan daxili namizədin təcrübəli əllərinə keçir və mən əminəm ki, Taleh Kazımovun rəhbərliyi altında PAŞA Bank Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda uğurlu fəaliyyətini davam etdirəcək. İdarə heyətinin sədri olduğum müddətdə göstərdikləri dəstəyə görə mən Bankın bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm”,- deyə Fərid Axundov bildirdi.

“Fərid Axundov Azərbaycanda PAŞA Bankın qabaqcıl maliyyə institutlarından birinə çevrilməsi işində mühüm rol oynamışdır. 2015-2017-ci illəri əhatə edən strategiyamızın uğurla həyata keçiriləcəyinə və “Azərbaycan-Türkiyə-Gürcüstan” iqtisadi üçbucağı çərçivəsində Bankın parlaq gələcəyinə əminəm. Mən bütün kollektivimiz adından Fərid Axundova gələcək fəaliyyətində peşə uğurları arzulayıram”, – Taleh Kazımov qeyd etmişdi.

T. Kazımov yeni vəzifəsinin icrasına 1 iyul 2015-ci il tarixindən başlayacaq.

Son xəbərlər
Digər xəbərlər