16 C
Baku
Monday, April 29, 2024

“PAŞA Bank”ın sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib

“PAŞA Bank”ın idarə heyətinin sədri Cavid Quliyev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyev ilə görüş keçirib.
Mentorluq proqramı çərçivəsində keçirilən görüşdə Cavid Quliyev qalibi əldə etdiyi nailiyyət münasibətilə təbrik edib və gələcək fəaliyyətinə yön vermək, o cümlədən inkişafına dəstək olmaq məqsədilə fərdi inkişaf planı əsasında mentorluq etməkdən məmnunluq hissi duyduğunu qeyd edib.
İdarə heyətinin sədri layihənin rəhbərlərindən biri kimi müsabiqə qalibinin hazırkı fəaliyyət istiqamətləri ilə maraqlanıb və bundan sonra onunla sıx əməkdaşlıq edərək təcrübəsini bölüşəcəyini, hədəfləri və maraqlarına yönəlik layihələrə cəlb olunmasında dəstək olacağını bildirib.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər