6 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank”ın səhmdarlarından biri dəyişib

“PAŞA Bank” ASC-nin səhmlərinin 28.2%-nə nəzarət edən “Ador” MMC-nin payı hüuqi varisinə ötürülüb.

Banker.az xəbər verir ki, onun hüquqi varisi “Bless” MMC-dir.

“Ador” MMC-nin “Bless” MMC-yə qoşulması nəticəsində “Bless” MMC yenidən təşkil edilmişdir və bunun nəticəsində “Ador” MMC-nin “PAŞA Bank” ASC-nin nizamnamə kapitalında olan 28.1796% payı “Ador” MMC-in hüquqi varisi kimi “Bless” MMC-yə ötürülmüşdür.

Bankın səhmlərinin qalan hissəsi əvvəlki qaydada “PAŞA Holdinq” MMC-yə (56.8%), 10%-i Arif Paşayevə, 5%-i isə “Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər