6 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Həyat” 2023-cü il üzrə 63 milyon manat xalis mənfəət açıqladı

Azərbaycanın həyat sığorta bazarının lideri sayılan “PAŞA Həyat” Sığorta Şirkəti ASC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb və bu, ölkənin sığorta bazarında ən müfəssəl audit hesabatı olub.

Banker.az sığorta şirkətinin hesabatına istinadən xəbər verir ki, şirkət ili 62.81 milyon manat xalis mənfəətlə bitirib. Bu da illik müqayisədə 23.3 milyon manat və ya 37 faiz artımdır. 2022-ci ili “PAŞA Həyat” 39.53 mln. manat xalis mənfəətlə bitirmişdi.

1 yanvar 2024-cü il tarixinə şirkətin kapital balansında 62.8 mln. manat bölüşdürülməmiş mənfəət var. Şirkət mənfəətli biznesindən səhmdarlarına 30.7 mln. manat dividend elan edib.

Sığorta şirkətinin xalis mənfəət əldə etməsinə əsas səbəb onun əməliyyat gəlirlərini illik 25 faiz artımla 518.18 milyon manata yüksəltməsidir. Ümumilikdə şirkət 412.55 milyon manat cəmi gəlir, 332.98 milyon xərc edib.

Bazarın liderinin müsbət nəticələri eləcə də onun balans hesabatında da əks etdirilir. Belə ki, cəmi aktivlərin həcmi son bir ildə 28 faiz artaraq 707.49 milyonu keçib. Aktivlərin əsas hissəsini uzunmüddətli aktivlərdə yer almış maliyyə aktivləri tutub. Bu aktivlər 2023-cü ildə 19 faiz artımla 412.52 milyon manat təşkil edib.

Bir faktı qeyd edək ki, ölkənin sığorta şirkətləri adətən maliyyə hesabatlarını açıqlayarkən balans, mənfəət, zərər və kapital ehtiyatlarını açıqlayırlar. PAŞA Həyat isə hesabatı daha geniş formada və kənar auditin bir sıra əlavə rəyi ilə təqdim edib.

 

Son xəbərlər
Digər xəbərlər