“PAŞA Həyat” rəsmi veb saytını (www.pasha-life.az ) tam yeni dizaynda təqdim edib. Həyat Sığortası bazarının lider şirkəti olan “PAŞA Həyat”-ın yeni tərtibatda hazırlanmış saytı müştəriyönümlü olmaqla əvvəlki versiyadan bir çox üstünlükləri ilə fərqlənir.
Onlayn xidmətlərdən istifadə edərək qısa zamanda həyatınızı sığortalaya, həmçinin “İcbari Həyat Sığortası”, “Gəlirli Həyat Sığortası”, “Həyatın Yaşam Sığortası” və digər həyat sığortası məhsulları ilə bağlı bütün məlumatları əldə edə bilərsiniz.
Ən çox ziyarət olunan bölmələr artıq əsas səhifədə yerləşir. Yenilənmiş sayt Azərbaycan, Rus və İngilis dillərində istifadəçilərin xidmətindədir..