16 C
Baku
Wednesday, May 1, 2024

“PAŞA Həyat”ın investisiya portfelindən gəlirliliyi artmaqla 33 mln. manata yüksəlib

“PAŞA Həyat” ASC sığorta şirkəti 2023-cü ildə investisiya  qiymətli kağızlar portfelini və ondan gəlirləri böyüdüb.

Banker.az xəbər verir ki, “PAŞA Həyat” 2023-cü ildə investisiya portfelini 385.44 mln. manatdan 482.66 mln. manata qaldırıb. Bu illik müqayisədə 97.22 mln. manat və ya 25% artım deməkdir. Bu 707.49 mln. manatlıq cəmi aktivin 68 faizidir.

Sığorta şirkətinin bu portfelin idarəedilməsindən gəlirindəki dinamika daha nəzərə çarpandır. Belə ki, onun investiya portfelindən gəlirləri illik müqayisədə 35 faiz artımla 33.15 mln. manata yüksəlib.

Ölkənin sığorta nəhənginin 2022-ci il üzrə gəlirlərin portfelə nisbəti 6.37% olduğu halda, 2023-cü ildə bu rəqəm 6.87% olub. Bu da portfelin öncəki ildən daha gəlirli olması anlamına gəlir.

2023-cü ilin əvvəlinə olan investiya portfelində 74%-i istiqrazlara yatırım idi.

Xatırladaq ki, “PAŞA Həyat” 2023-cü ildə 412.55 mln. manatlıq cəmi gəlirlərə qarşı 62.81 mln. manat xalis mənfəət əldə edib. 2022-ci ildə xalis mənfəət 39.53 mln. manat idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər