10 C
Baku
Wednesday, December 11, 2024

“PAŞA Kapital İnvestisiya Şirkəti” 2 milyon manatdan çox mənfəət açıqladı

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC 2021-ci ili 2 milyon 461 min manat xalis mənfəət ilə başa vurub. 2020-ci ildə investisiya şirkətinin mənfəəti 2 milyon 780 min manat olub.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “PAŞA Kapital İnvestisiya Şirkəti”nin faiz gəlirləri 1 milyon 727 min manat (əvvəlki ilə nisbətən 2.2 dəfə artım) təşkil edib.

“PAŞA Kapital İnvestisiya Şirkəti”nin ötən il aktivləri 86 milyon 448 min manat olub ki, bu da ötən ilə nisbətən 3 dəfəyə yaxın artım deməkdir.

2021-ci ildə investisiya şirkətinin cəmi öhdəlikləri 3 dəfə artaraq 78 milyon 683 min manat, cəmi kapitalı isə 39% artaraq 7 milyon 765 min manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər