15 C
Baku
Friday, April 26, 2024

PAŞA Kapital İnvestisiya Şirkəti “Azərbaycan Supermarket” MMC-nin 10 milyon manatlıq istiqraz emissiyasını həyata keçirdi

31 Mart 2022-ci il tarixində “Azərbaycan Supermarket” MMC tərəfindən emissiya edilən, hər birinin nominal dəyəri 1 000 manat, 10 000  ədəd təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazların yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilən rəqabətli hərrac uğurla başa çatmışdır.

Buraxılışın anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən hərraca çıxarılan istiqrazlara olan tələbat təklifi üstələmiş və nəticədə istiqrazlar üzrə orta ölçülmüş 8,4920 faiz və kəsmə gəlirlilik  isə 8,5 faiz təşkil etmişdir.

Xatırladaq ki, qeyd olunan istiqrazlar 3 il müddətinə buraxılır və onlar üzrə investorlara hər 3 aydan bir, illik 10,5 faiz dərəcəsi ilə kupon ödənişləri ediləcəkdir. İstiqrazlar ən qısa müddətdə Bakı Fond Birjasında tədavülə buraxılacaqdır və onları təkrar bazarda əldə etmək istəyən investorlar bilavasitə PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər