13 C
Baku
Saturday, May 18, 2024

PAŞA Kapital İnvestisiya Şirkəti “Silk Vey Vest Aviaşirkəti” MMC-nin 10 milyon ABŞ dolları məbləğində istiqraz emissiyasını həyata keçirdi

®Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən PAŞA Kapital İnvestisiya Şirkəti anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamladı.

27 dekabr 2021-ci il tarixində “Silk Vey Vest Aviaşirkəti” MMC tərəfindən emissiya edilən, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları, 10 000  ədəd təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazların yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilən rəqabətli hərrac başa çatmışdır. 

Buraxılışın anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC tərəfindən hərraca çıxarılan istiqrazlara olan tələbat təklifi üstələmiş və nəticədə istiqrazlar üzrə orta ölçülmüş gəlirlilik 4,21 faiz, kəsmə gəlirlilik isə 4,5 faiz təşkil etmişdir.

Xatırladaq ki, qeyd olunan istiqrazlar 3 (üç) il müddətinə buraxılır və onlar üzrə investorlara hər 3 aydan bir, illik 5,0 faiz dərəcəsi ilə kupon ödənişləri ediləcəkdir. İstiqrazlar ən qısa müddətdə Bakı Fond Birjasında tədavülə buraxılacaqdır və onları təkrar bazarda əldə etmək istəyən investorlar bilavasitə PAŞA Kapital İnvestisiya Şirkəti QSC-ə müraciət edə bilər. 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər