9 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Kapital” tarixi rekordunu 20 milyard dövriyyə ilə yeniləyib

10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər seqmentləri üzrə ilk pillədə qərarlaşıb.

Bakı Fond Birjası tərəfindən cari ilin yanvar-dekabr ayları üçün açıqlanan hesabata əsasən “PAŞA Kapital” 20 milyard 417 milyon manatdan artıq dövriyyə həcmi və 42% bazar payı ilə Azərbaycan bazarının ən iri investisiya şirkəti mövqeyində möhkəmlənib.

Həmçinin hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət istiqrazları və Repo bazarlarında, eləcə də anderraytinq xidmətləri üzrə aparılan əməliyyatların həcminə görə yerli bazarın lideri kimi fərqləndirilib. Qeyd edək ki, “PAŞA Kapital” yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və korporativ müştərilərə investisiya xidmətləri göstərir. Şirkət brokerlik, portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, eləcə də marja ticarəti sahəsində öz xidmətlərini təklif edir.

 

Son xəbərlər
Digər xəbərlər