15 C
Baku
Friday, March 29, 2024

PAŞA Kapital və Unicapital “Unibank”ın istiqraz buraxılışını həyata keçirəcək

PAŞA Kapital və Unicapital investisiya şirkətləri “Unibank” Kommersiya Bankı ASC-nin 15 milyon ABŞ dolları məbləğində istiqraz buraxılışını həyata keçirəcək.

Azərbaycanda müştəri yönümlü bank olaraq müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alan “Unibank” Kommersiya Bankı həm qlobal xarakter daşıyan, həm də yerli bazar üçün adaptasiya olunmuş, çoxsahəli kredit məhsulları və maliyyə xidmətləri təqdim edir. Emissiya Emitentin II dərəcəli kapitalının artırılması məqsədi ilə həyata keçirilir və subordinasiya borc öhdəliyi kimi tanınır. Emissiyadan əldə olunan vəsait bankın strateji hədəflərini reallaşdırması, bazar nüfuzunun və bazar payının artırılması, eləcə də xarici mühitdə yaranacaq hər növ dəyişikliyə cəld və effektiv adaptasiyanın təmini üçün lazımi resurs və mexanizmlərin təkmilləşdirilməsinə yönləndiriləcək.

İstiqrazlar hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olmaqla 15 000 ədəd satışa çıxarılacaq. İllik faiz dərəcəsi 6% olmaqla birqiymətli hərrac üsulu  ilə (bir istiqrazın təklif olunan satış qiyməti 1000 ABŞ dolları) Bakı Fond Birjasında təklif olunacaq istiqrazlar üzrə faiz ödənişləri 6 il müddətində hər 3 aydan bir ödəniləcəkdir. İstiqrazların nominal dəyəri sonuncu kupon ödənişi ilə birgə ödənəcəkdir. Təklif olunan istiqrazların anderrayteri qismində əsas anderrayter kimi PAŞA Kapital İnvestisiya Şirkəti, Unicapital İnvestisiya Şirkəti ilə birgə çıxış edəcəkdir. 

 

Son xəbərlər
Digər xəbərlər