2 C
Baku
Saturday, December 14, 2024

“PAŞA Kapital” vasitəsilə “ASCO” istiqrazlarına abunə yazılışı uğurla başa çatdı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən emissiya edilən hər birinin nominal dəyəri 1 000 (min) ABŞ dolları, ümumi məbləği isə 100 000 000 (yüz milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlara abunə yazılışı müddəti 28 fevral 2023-cü il tarixində bitmişdir.

Bu istiqrazların abunə yazılmış investorlar arasında yerləşdirilməsi 3 mart 2023-cü il tarixində Bakı Fond Birjası QSC-nin ticarət platforması vasitəsi ilə həyata keçiriləcəkdir.

Qeyd edək ki, 29 dekabr 2022-ci il tarixindən 28 fevral 2023-cü il tarixinə qədər davam edən abunə yazılışı dövründə istiqrazların alınması üzrə 125 sifariş verilmişdir. Hüquqi şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi 89,1 faiz, fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə 10,9 faiz təşkil etmişdir.

İstiqrazların anderrayteri PAŞA Kapital İnvestisiya Şirkəti QSC-dir.

Yerləşdirmə başa çatdıqdan sonra, bu istiqrazlar Bakı Fond Birjası QSC-nin “Premium” listinqində təkrar bazarda tədavül ediləcəkdir.

Ətraflı məlumat əldə etmək üçün əlaqə nömrəsi: 1548

Son xəbərlər
Digər xəbərlər