7 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Yatırım Bankası”nın istiqrazları delistinq edilib

“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası”nın istiqrazları tədavül müddəti bitdiyinə görə delistinq edilib.

Bu barədə BFB-dən bildirilir.

Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 25 min istiqrazından (25 milyon dollarlıq) gedir. Qiymətli kağızlar 1 917 gün tədavüldə olub. Onların illik gəlirliyi 4,85 % təşkil edib.

Xatırladaq ki, “PAŞA Yatırım Bankası” 2015-ci ildə “PAŞA Bank”ın Türkiyənin “Aksoy Holdinq”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (təxminən 58 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər