2 C
Baku
Saturday, December 14, 2024

PaşaBankda yeni təyinat

Banker.azın verdiyi məlumata görə, PaşaBankın idarə heyətinin sədr müavini vəzifəsinə Cavid Quliyev təyin edilib.

2016-cı ilin əvvəlindən Cavid Quliyev PaşaBankın idarə heyəti sədrinin biznesin inkişafı məsələləri üzrə məsləhətçisi təyin edilmişdir. Bu vəzifədən qabaq o Kapital Bankın müşahidə şurasının üzvü olmuşdur.

Məlumatı bankdan Trent agentliyinə təstiq ediblər.

* * *

Quliyev 1994-cü ildə Azərbaycan Dillər Universitetinin xarici dillər fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirməklə, ikinci ali təhsil alıb.

C.Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, “British Bank of the Middle East” bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidməti Departamentinin Direktoru vəzifəsində başlayıb, 1999-cu ildə o, öz fəaliyyətini həmin bankın Maliyyə Nəzarəti Departamentinin Direktoru kimi davam etdirib. Elə həmin ildə C. Quliyev HSBC banklar qrupunun İdarəetmə Kollecini (“HSBC Group”-un Təlim İdarəetməsi Kolleci) bitirib.

2003-2014-ci illər arasındakı dövrdə o, ölkənin aparıcı banklarında rəhbər vəzifələrdə, həmçinin “Capital Resources Advisors” şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsində çalışmışdır. 2014-cü ildə C. Quliyev PAŞA Holdinq şirkətində baş müşavir vəzifəsinə təyinat alıb.

C.Quliyev PAŞA Bankda öz əmək fəaliyyətini 2015-ci ildə, Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 22 fevral 2016-cı ildə C. Quliyev PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər