8 C
Baku
Friday, March 29, 2024

“PASHA Bank Cup IV” yarışmasının dördüncü təsnifat mərhələsinin nəticələri müəyyənləşib

®“PASHA Bank Cup IV” yarışmasının “Qraflar” mövzusunda baş tutan dördüncü mərhələsində 60-a yaxın iştirakçı öz qüvvəsini sınayıb. 12-15 avqust tarixlərini əhatə edən bu mərhələdə 10 nəfər 100 %-lik, 14 iştirakçı isə 50 %-dən yüksək nəticəyə imza atıb.

Bu mərhələdə 100 %-lik nəticə göstərən iştirakçıların adlarını diqqətinizə çatdırırıq:

– Rəhim Məmmədli
– Rəşad Məmmədov
– İbrahim Tağızadə
– Anar Verdiyev
– Xizri Saxrayev
– Emil İnoçkin
– Emin Orucov
– Hüseyn Hacıyev
– Fərhad Əzimov
– Fərid Əhmədli

Müsabiqənin final mərhələsi sentyabr ayında baş tutacaq. Bu mərhələdə qələbə uğrunda mübarizə aparan iştirakçılar oflayn surətdə yarışacaqlar.

Xatırladaq ki, “PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən keçirilən bu müsabiqə İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmağı, eləcə də sözügedən sahənin inkişafına töhfə verməyi hədəfləyir.

Müsabiqənin rəsmi Teleqram kanalına https://t.me/digitalengineer qoşulmaqla, ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər