7 C
Baku
Sunday, December 15, 2024

“PASHA Bank Cup IV” yarışmasının ilk təsnifat mərhələsinin nəticələri məlum olub

Ölkənin İT sahəsinin istedadlarının yarışdığı “PASHA Bank Cup IV” müsabiqəsinin ilk təsnifat mərhələsi başa çatıb. 1-4 may tarixlərində “İcra və Data strukturları” mövzusunda keçirilən ilk mərhələ 200-ə yaxın iştirakçının qızğın mübarizəsi ilə yadda qalıb. Nəticələrə əsasən, 4 nəfər 100 %-lik, 28 nəfər isə 50%-dən yüksək nəticə göstərib.

İlk təsnifat mərhələsini 100 %-lik nəticə ilə başa vuran iştirakçıların adlarını diqqətinizə çatdırırıq:

– Səid Nəsibov
– Fərid Əhmədli
– Xızrı Saxrayev
– Xanlar Abbasov

Tezliklə yarışmanın “Axtarış və sıralama” mövzusuna həsr olunan II təsnifat mərhələsi baş tutacaq. Bu mərhələdə istənilən şəxs öncədən təqdim olunan keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən 2019-cu ildən etibarən keçirilən “PASHA Bank Cup” yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Bank bu yarışma vasitəsilə İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmağı, beləliklə də, sözügedən sahənin inkişafına töhfə verməyi hədəfləyir.

Müsabiqənin rəsmi Teleqram kanalına https://t.me/digitalengineer qoşulmaqla, ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər