8 C
Baku
Thursday, December 12, 2024

“Yeni İntourist Hotel Company”nin qanuni təmsilçisi dəyişib

Absheron Hotel Group-un hotellərindən biri “Yeni İntourist Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Sheraton Baku Intourist) qanuni təmsilçisi dəyişib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Patrik Yohannes Izerloe (Patrick Johannes Iserlohe) şirkətinin qanuni təmsilçisi təyin edilib.

P.İzerloe uzun müddətdir ana şirkət olan “Absheron Hotel Group”un komandasına qoşulub.

O, yeni vəzifədə Sevda Məmmədova Yasin qızını əvəz edib.

Qeyd edək ki,Patrik Izerloe 2019-cu ildən “Baku Marriott Hotel Boulevard”ın rəhbəridir.

Xatırladaq ki, “PASHA Holding”ə daxil olan “Absheron Hotel Group”a bir müddət əvvəl Simon Craig Beaumont rəhbər təyin edilib.

Hotel qrupuna aşağıdakı hotel və kurort qrupları daxildir:

  • Baku Marriott Hotel Boulevard
  • Sheraton Baku Intourist
  • Courtyard by Marriott Baku
  • Pik Palace, Shahdag, Autograph Collection
  • Park Chalet, Shahdag, Autograph Collection
  • Dinamo Hotel Baku
  • The Merchant Baku
  • Bilgah Beach Hotel
  • Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
  • Boutique 19 Hotel
  • Art Gallery Hotel
Son xəbərlər
Digər xəbərlər