-3 C
Baku
Sunday, December 15, 2024

“PashaPay”in kapitalı kəskin artımla ₼18 milyona qaldırılıb

“PASHA Holding” MMC-nin FinTex şirkəti olan “PashaPay” MMC-nin nizamnamə kapitalı holdinqin tərkibinə keçəndən sonra ilk dəfə artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 22 min manatdan 18 milyon 22 min manata çatdırlıb.

Şirkət 2021-ci ilə qədər “Komtec LTD” MMC kimi adlandırılırdı və “MilliÖn” ödəniş terminalının sahibdir. Holdinqin tərkibinə keçdikdən sonra “PashaPay” adlandırılıb. FinTex şirkəti hazırda “MilliÖn” ilə bərabər “m10” elektron pul cüzdanını istifadəçilərinə təqdim edir. “Komtec LTD” 2005-ci ildə təsis edilib.

Qeyd edək ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi ilə əlaqədar olaraq “PashaPay”ə rəqib olan  “MODENİS” MMC (eManat) də kapitalını artırmışdı.

Son xəbərlər
Digər xəbərlər