Paşinyan MDB sammitində iştirak etməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan atasının vəfat etməsi səbəbindən MDB sammitində iştirak etməyəcək.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Paşinyan atasının ölümü ilə əlaqədar olaraq, MDB dövlət başçılarının sammitində iştirak etməyəcək”, – mesajda deyilir.

Xatırladaq ki, daha əvvəl Paşinyanın atasının uzun sürən xəstəlikdən sonra vəfat etməsi məlum olmuşdur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər