13 C
Baku
Friday, April 26, 2024

Pekin: “ABŞ-ın Tayvan məsələsinə qarışmağa haqqı yoxdur”

“ABŞ-ın Tayvanla bağlı hərəkətləri Çinin suverenliyini və ərazi bütövlüyünü pozmaq cəhdidir”.

Bunu Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, xarici işlər naziri Van İ Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə görüşündə bəyan edib.

Nazir Tayvan məsələsinin Çinin daxili işi olduğunu bildirərək, ABŞ-ın onun həllinə müdaxilə etmək hüququnun olmadığını qeyd edib. O, həmçinin Tayvanın müstəqillik istəyinin sülh yolu ilə nizamlanma ehtimalını ciddi şəkildə azaltdığını əlavə edib.

“Sülh yolu ilə nizamlanma Tayvanın müstəqilliyi ilə bir araya sığmır”, – deyə XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, Van İ bundan əvvəlki bəyanatında 1,4 milyarddan çox çinliyə düşmən olmağın sonunun heç də yaxşı bitməyəcəyi ilə bağlı ABŞ-a xəbərdarlıq etmişdi.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər