9 C
Baku
Thursday, December 12, 2024

Peru Mərkəzi Bankı ardıcıl 13-cü dəfə faiz artımına gedib

Peru Mərkəzi Bankı ölkə yüksək inflyasiya ilə mübarizə apardığı üçün ardıcıl 13-cü dəfə faiz artımına gedib. Mislə zəngin bu ölkə etalon faiz dərəcəsini 50 baza bəndi artıraraq 6.5%-ə çatdırıb.

Qeyd edək ki, Peruda inflyasiya 25 ilin ən yüksək səviyyəsinə çatıb, baxmayaraq ki, iyul ayında bir qədər yavaşlayıb 8.74%-ə çatıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Peru Mərkəzi Bankı inflyasiyanın 2023-cü ilin ikinci yarısına qədər ölkədəki 1-3% hədəf göstəricisinə dönəcəyi ilə bağlı proqnozunu təkrarlayıb. Bank həmçinin enerji və ərzaq qiymətlərinin düşməsi səbəbindən inflyasiyanın bundan sonra tədricən azalacağını gözlədiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər