16 C
Baku
Thursday, May 2, 2024

Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə rəhbər təyin edilib.

Banker.az xəbər verir ki, Ceyhun Kərəmov 2 oktyabr 2023-cü il tarixində Agentliyin direktoru vəzifəsinə təyin olunub.

Ceyhun Kərəmov 1981-ci ildə anadan olub.

1999-2003-cü ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsində təhsil almış və fərqlənmə diplomu ilə bitirib.

2004-2006-cı illərdə ABŞ-ın Corciya ştatının Atlanta şəhərindəki Corciya Ştatı Universitetinin Əndryu Young adına siyasət elmləri məktəbində dövlət idarəetməsi üzrə magistr dərəcəsi almışdır. 2018-ci ildə Fransada yerləşən INSEAD biznes məktəbini qlobal biznes idarəçiliyi ixtisası üzrə bitirmişdir. 2016-cı ildə Project Management İnstitute tərəfindən layihələrin idarəedilməsi üzrə peşəkar sertifikasiya (PMP) əldə etmişdir.

Əmək fəaliyyətinə 2002-ci ildən başlamış, beynəlxalq və yerli təşkilatlarda fəaliyyət göstərmişdir. 2003-2004-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökumətinin birgə layihəsində çalışmışdır. 2006-2020-ci illərdə BP şirkətinin Azərbaycan nümayəndəliyində müxtəlif ekspert və rəhbər vəzifələrində çalışmışdır. 2007-2010-cu illərdə Xəzər Universitetində, 2018-ci ildən isə Bakı Ali Neft Məktəbinin tərkibindəki Layihə İdarəetmə Məktəbində və ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsində müəllim kimi fəaliyyət göstərmişdir. 2007-2018-ci illərdə gənclər sektorunda beynəlxalq layihələrin və təşkilatların idarə olunmasında fəal iştirak etmişdir.

2020-ci il sentyabr ayının 15-dən etibarən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində direktor müavini vəzifəsində çalışıb. 12 yanvar 2022-ci il tarixindən 2 oktyabr 2023-cü il tarixinədək Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər