Kremlin mətbuat katibi Dmitri Peskov “Taxıl sazişi”nin müddətinin uzadılması barədə ona ünvanlanan suala dəqiq cavab verməyib.
Peskov Rusiya və BMT arasında Cenevrədə baş tutacaq danışıqlar zamanı “Taxıl sazişi”nə dair veriləcək mümkün qərarlar barədə anons verməkdən çəkinib.
“Belə qərarlar barədə əvvəldən anons verilmir və biz də bunu etməyəcəyik”, – Kreml sözçüsü vurğulayıb.
O həmçinin qeyd edib ki, danışıqlar davam edir. “Taxıl sazişi”ndə yer alan və Rusiyaya aid olan bir sıra məsələlər müzakirə olunmalıdır. Bu məsələdə qarşı tərəf də (BMT) bizi anlayır. Buna görə də bu istiqamətdə işlər davam etdirilir”.
Xatırladaq ki, noyabrın 19-u “Taxıl sazişi”nin müddəti bitir və bu gün Cenevrədə BMT Baş katibinin müavini Martin Qriffits, BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Rebekka Qrinspenlə Rusiya XİN rəhbərinin müavini Sergey Verşininin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü gözlənilir.