13 C
Baku
Tuesday, May 7, 2024

“Petkim”in Türkiyə neft-kimya bazarında payı 12% səviyyəsindədir

SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksi Türkiyədə yeganə inteqrasiya olunmuş neft-kimya istehsalçısıdır və hazırda ölkədə tələbatın 12%-ni qarşılayır.

Bunu “SOCAR Türkiyə”nin (SOCAR-ın Türkiyədəki törəməsi) Baş İcraçı Direktoru Elçin İbadov bildirib.

Onun sözlərinə görə, əvvəllər “Petkimin” bazarda payı daha böyük idi, lakin hazırda bu göstərici 12% səviyyəsindədir, bu da bazarın böyüməsi və tələbatın artımı ilə bağlıdır.

O, xatırladıb ki, SOCAR Türkiyədə fəaliyyətə 2008-ci ildə təxminən 2 mlrd. dollar sərmayə ilə başlayıb və “Petkim” neft-kimya kompleksinin 51 faizinə sahib olub.

O vaxtdan bəri “Petkim”dən Azərbaycana heç bir dividend ödənilmədiyini vurğulayan E. İbadov deyib: “Petkim-in əldə etdiyi bütün gəlirlər yenidən Türkiyəyə investisiya üçün istifadə olunub. SOCAR olaraq biz Petkim-ə 2 mlrd. dollar sərmayə qoyub, onun 51 faizinə sahib olduqdan sonra daha 1.6 mlrd. dollar sərmayə qoyduq”.

Qeyd edək ki, SOCAR Türkiyədəki sərmayələrinin həcmi artıq 18 mlrd. ABŞ dollarına çatıb.

Xatırladaq ki, 2008-ci il mayın 30-da “Petkim Petrokimya Holding A.Ş.”nin səhmlərinin 51%-i hərraca çıxarılıb və 2 milyard 40 milyon dollara SOCAR tərəfindən əldə edilib. Hazırda “Petkim”in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi zavodları fəaliyyət göstərir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər