9 C
Baku
Friday, December 13, 2024

Peugeot Opel-i ala bilər

Banker.az saytının Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, Peugeot və Citroen avtomobillərinin istehsalçısı olan PSA fransız qrupu General Motors şirkətinin avropa biznesini, həmçinin Vauxhall və Opel markalarını almaq ilə bağlı danışıqlar aparır.

Agentliyin verdiyi məlumata görə, tərəflər növbəti həftələrdə müqavilə ilə bağlı razılıq əldə edə bilər, lakin bu müqavilə baş tutmaya da bilər. Bununla belə, PSA Group şikrətinin kotirovkaları artıq demək olar ki, 6% artıb və onun kapitalizasiyası 16,5 milyard avroya (17,5 milyard dollar) qədər yüksəlib.

Əgər müqavilə baş tutarsa, PSA Avropada Volkswagen şirkətindən sonra ikinci ən böyük avtomobil istehsalçı şirkəti adını qazanacaq və bazarın 16%-nə sahib olacaq. Bununla yanaşı, müqavilə həmçinin o deməkdir ki, General Motors şirkəti Avropa bazarından gedir.

12 fevral tarixində məlum oldu ki, PSA Group şirkəti Hindustan Motors-dan Ambassador avtomobil brendini 800 milyon rupiyə (təqribən 12 milyon dollar) əldə edib. Bu marka adı altında avtomobillər 2014-cü ilə qədər buraxılırdı və varlı və yüksək çinli məmurlar arasında çox populyar idi.

 

Son xəbərlər
Digər xəbərlər