Pezeşkian xalqı qıtlıq və inflyasiya ilə barışmağa çağırıb

İran Prezidenti Məsud Pezeşkian ölkə əhalisini ağır günlərə hazır olmağa çağırıb.

O, faktiki olaraq ölkə vətəndaşlarını inflyasiya, qıtlıq və həyat səviyyəsinin aşağı düşməsi ilə barışmağa çağırıb. O bildirib ki, İran hazırda “müharibə vəziyyətindədir”.

Prezidentin sözlərinə görə, ölkəyə ciddi ziyan dəyib. Qaz infrastrukturu, elektrik stansiyaları, neft-kimya sektoru və sənaye sahələri zərər görüb, neft ixracı isə ciddi şəkildə çətinləşib.

Pezeşkian qeyd edib ki, benzinin gündəlik istehsalı təxminən 100 milyon litr səviyyəsinə düşüb. Halbuki ölkədə gündəlik tələbat 150 milyon litr civarındadır.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər