17 C
Baku
Monday, May 13, 2024

“Philip Morris” Rusiyada istehsalı azaldır

Dünyanın ən böyük tütün istehsalçılarından biri olan “Philip Morris International” Rusiyada planlaşdırılan investisiyaları və yeni məhsul buraxılışını dayandırır, həmçinin tədarük zəncirindəki fasilələr səbəbindən istehsal həcmini azaldır.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Philip Morris International bu gün Rusiya Federasiyasına planlaşdırılan investisiyaların, o cümlədən bütün yeni məhsulların bazara çıxarılmasının, həmçinin kommersiya, innovasiya və istehsal fəaliyyətlərinə investisiyaların dayandırıldığını elan edir. PMI həmçinin davam edən proseslər fonunda Rusiyada istehsal fəaliyyətini azaltmaq planlarını gücləndirir”, – mesajda bildirilib.

“PMI” Rusiyadakı işçilərini dəstəkləməyə və onlara maaş verməyə davam edəcəyini açıqlayıb. Şirkətin Rusiyadakı işçi heyəti 3200 nəfərdən çoxdur.

Hesabata görə, 2021-ci ildə siqaret və tütün qızdırıcıları üçün məhsulların ümumi “PMI” tədarükünün təxminən 10%-i Rusiyanın payına düşüb. Fevralın əvvəlində “PMI” bildirib ki, 2021-ci ilin sonuna qədər Rusiyaya siqaret və tütün qızdırıcıları üçün məmulatların daşınmasının həcmini 0.5% azaldaraq 68.8 milyard ədədə çatdırıb.

“Philip Morris”in tarixi 1847-ci ildə Londonda əllə bükülmüş türk siqaretləri satan tütün dükanının açılması ilə bağlayıb. 1887-ci ildə şirkət “Philip Morris & Co., Ltd”yə çevrilib. Onun brendləri arasında “Marlboro”, “L&M”, “Philip Morris”, “Chesterfield”, “Parliament” və s. yer alır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər