Bu, 2018-ci il ilə müqayisədə 10 dəfə çoxdur.
Amerikanın Nuro şirkəti, SoftBank Vision Fund-dan 940 milyon dollar cəlb edib. Layihə 2,7 milyard dollar dəyərində qiymətləndirilib, Reuters xəbər verir.
Sərmayə qida çatdırılması xidmətinin inkişaf etdirilməsinə xərclənəcək. Nuro digər regionlara çıxmağı, əməkdaşlar siyahısının genişləndirilməsini, yeni robotların istehsal edilməsini və yeni əməkdaşların işə götürülməsini planlayır.
Nuro şirkətinin sərmayə həcmi 1 milyard dolları aşır. 2018-ci ildə şirkət Banyan Capital və Greylock Partners fondlardan 92 milyon dollar cəlb etmişdir.
Nuro yalnız qidanın çatdırılması ilə deyil, pilotsuz yük maşınlarının istehsalı ilə də məşğul olur, TechCrunch qeyd edir.
Şirkət Dave Ferguson və Jiajun Zhu tərəfindən təsis edilmişdir. Zhu əvvəlki dövrdə Google şirkətində pilotsuz avtomobilin idarəetmə sisteminin təsisçilərindən biri olmuşdur, Ferguson isə Waymo şirkətinin aparıcı mühəndislərdən biri olub.