9 C
Baku
Thursday, December 12, 2024

Pirallahı rayon prokurorluqlarının yeni inzibati binaları 8 milyon manata tikiləcək

Azərbaycan Respublikası Baş Prokurorluğu “Crystal İnşaat” ASC ilə təxminən 8 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Kürdəmir, Şəki və Bakı şəhəri üzrə Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikinti işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 7.610.979 manatdır.

Xatırladaq ki, “Crystal İnşaat” ASC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 4 min manatdır və qanuni təmsilçisi isə Rəsul Rəsulovdur.

 

Son xəbərlər
Digər xəbərlər