13 C
Baku
Tuesday, May 7, 2024

Pixar şirkəti – xəyaldan yoğurulan xəmir

Məşhur Pixar studiyası iki dost – Elvi Rey Smit və Ed Ketmellin xəyallarının nəticəsidir, onlar kompüter vasitəsilə animasiya filmi yaratmağa çalışırdılar.

Hər şey, dostların işlədiyi animasiya şirkətini Stiv Cobsun alması ilə başladı. Stiv Cobs firmanı aldıqdan sonra, onun adı dəyişdirilərək Pixar adlanmağa başladı. Səhmlərin 92%-i Cobsa məxsus idi, dostlar isə hərəyə 4% səhm alaraq, birbaşa idarəetmə ilə məşğul olmağa başladılar.

Cobs güman edirdi ki, gəlirlərin əksəriyyəti kompüterlərin satışından və proqram təminatından gələcək. Lakin o səhv etdi – firma yalnız xərcə işləyirdi. Onda dostlar Cobsu inandırmağa çalışdılar ki, Render Man adlı əsas proqram məhsulunun satışını artırmaq üçün şəxsi animasiya filmi istehsal etmək lazımdır.

“Tin Toy” adlı qısametrajlı film işıq üzü gördü və dərhal da “Oskar”a namizəd kimi irəli sürüldü. Render Man məhsulu isə uzun illər şirkətin əsas gəlir mənbəyinə çevrildi. Bu məhsuldan “ The Lord of the Rings “, “The Matrix” və digər filmlərində xüsusi effektləri yaratmaq üçün istifadə olunmuşdu.

1995-c ildə Pixar Disney studiyası ilə birlikdə sektorda inqilabi çevriliş etmiş özünün ilk tammetrajlı “Toy Story” filmini buraxdı. “Toy Story” filminin hər iki hissəsindən, “Monsters Inc” , “Finding Nemo” və digər filmlərdən daxil olan gəlir 2,5 mlrd dollara bərabər olmuşdur! Bu isə Pixar-ı kinematoqrafiyanın tarixində ən uğurlu animasiya studiyasına çevirdi. Filmlərinə görə artıq 24 “Oskar” mükafatına layiq görülüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər