Yaponiya parlamentinin bu gün qəbul etdiyi qanun layihəsinə əsasən, imperator son 200 ildə ilk dəfə taxtdan əl çəkmək və tacı öz varisinə ötürmək hüququ əldə edir. İmperator taxtdan əl çəkməsi ilə bağlı könüllü xahişini 2016-cı ildə etmişdi.
Bununla belə, parlament tərəfindən qəbul edilmiş qanunda taxt-tacın gələcəkdə də bu formada ötürülməsinin davam etdiriləcəyi ilə bağlı göstəriş yoxdur. Hakimiyyətin ötürülməsinin dəqiq vaxtı imperator ailəsi ilə razılıqdan sonra təyin ediləcək. Lakin ekspertlərin fikrincə bu İmperatorun hakimiyyətinin 30 illiyinin bitməsi zamanı, yəni 2018-ci ilin dekabr ayında baş verə bilər.
Müasir dünyada kral və imperatorların yalnızca simvolik xarakter daşıdığına və ölkənin vasitəsiz idarə edilməsində iştirak etməmələrinə baxmayaraq, kral və imperator ailələri çox zəngindir.
Banker.az dünyanın ən varlı TOP-10 imperatorunu təqdim edir:
- Sultan Kabus ben Said
Ölkə: Oman
Sərvəti: $700 milyon
Sultan Kabus ben Said sərvətini öz ölkəsinin neft-qaz sektoru sayəsində toplayıb. Lakin sultan öz sərvətini müxtəlif layihələrə, xüsusən də restavrasiya layihələrinə xərcləyən bir şəxs kimi tanınır. Bundan əlavə, o, ölkədə təhsil səviyyəsinin və sosial yardımın artırılması tərəfdarı olaraq çıxış edir.
- Knyaz II Albert
Ölkə: Monako
Sərvəti: $1 milyard
Monako knyazı Monte-Karlo kazinosunda paya sahibdir. 2014-cü ilin dekabr ayının 10-dan Monakonun varis şahzadəsi knyazın oğlu Jak hesab olunur.
- Şeyx Tamim bin Hamad Al Tani
Ölkə: Qətər
Sərvəti: $2 milyard2013-cü ilin yayında onun atası Hamad bin Xəlifə Al Tani hakimiyyətdən oğlunun xeyrinə əl çəkmək qərarına gəldi. 25 iyundan başlayaraq Tamim bin Hamad Al Tani Qətərin yenu əmiri adını qazandı.
- Kral VI Məhəmməd
Ölkə: Mərakeş
Sərvəti: $2,5 milyard
2011-ci ildə Kral VI Məhəmməd in təşəbbüsü ilə konstitusiya islahatı keçirilir və buna uyğun olaraq parlamentin və ölkənin baş nazirinin səlahiyyətləri genişləndirilir, əhalinin hüquq və azadlıqları təmin edilir.
- Knyaz II Hans-Adam
Ölkə: Lixtenşteyn
Sərvəti: $3,5 milyard
Dövlət rəhbərinin hökmranlığını məhdudlaşdıran müasir monarxların əksəriyyətindən fərqli olaraq, Hans-Adam 2013-cü ildə referendum təşkil edir və knyaz səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı bu referendumdan qalib olaraq ayrılır.
- Kraliça II Yelizaveta
Ölkə: Böyük Britaniya
Sərvəti: $15 milyard
1952-ci ilin 6 fevral tarixində, 25 yaşında taxt-taca sahib olan kraliça II Yelizaveta öz hökmranlığı dövründə bir neçə də monarxiyanın ləğv edilməsi tərəfdarlarının, həmçinin bir sıra britaniyalı KİV-nin tənqidinə məruz qalıb.
- Kral Salman bin Abdulaziz al-Saud
Ölkə: Səudiyyə Ərəbistanı
Sərvəti: $17 milyard
23 yanvar 2015-ci ildə taxta çıxan kralın hakimiyyətinin başlanğıcı ölkədə edam cəzalarının kəskin şəkildə artması ilə yadda qaldı. Belə ki, 2015-ci ilin 26 yanvar tarixindən 16 iyuna qədər 90 mühakim edam edildi.
- Sultan Hassanal Bolkiax
Ölkə: Bruney
Sərvəti: $20 milyard
Hassanal Bolkiax – Bruneyin sultanı, ölkənin baş naziri, müdafiə naziri və həmçinin maliyyə naziridir.
Sultan avtomobil kolleksiya etməyi sevir. Müxtəlif qiymətləndirmələrə görə, onun kolleksiyasında 3 mindən 7 minə qədər avtomobil var.
- Xəlifə ibn Zayd Al Nahayan
Ölkə: BƏƏ
Sərvəti: $23 milyard
Xəlifə Al Nahayan Abu Dhabi Investment Authority investisiya fondunu idarə edir və müxtəlif dəyərləndirmələrə görə fondun kapitalizasiyası 875 milyard dollara çatır.
- Pxumipon Adulyadet
Ölkə: Tayland
Sərvəti: $30 milyard
Kral – 1956-cı ilin 9 iyunundan 2016-cı ilin 13 oktyabrına qədər 70 il hakimiyyətdə olub. Tayland tarixində ən uzun müddət hakimiyyətdə olmuş monarx hesab olunur.
Milyarder olan Pxumipon Adulyadet sərvətinin bir hissəsini 3 mindən çox inkişaf layihəsinin (xüsusən də rayonlarda) maliyyələşməsi məqsədilə xərcləyib. O Taylandda çox mışhurdur və yarı Tanrı olaraq şərəflə anılır.
Monarx 2016-cı ilin 13 oktaybr tarixində 88 yaşında böyrək çatışmazlığından dünyasını dəyişib.