27 C
Baku
Sunday, June 2, 2024

Planetin ən varlı insanı öz titulunu itirmək riski ilə üz-üzədir

Microsoft şirkətinin yaradıcısı Bill Gates planetin ən varlı insanı statusunu itirmək riski ilə qarşı-qarşıyadır.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Amazon inter-nəhənginin və Blue Origin aerokosmik şirkətin rəhbəri Jeff Bezos onu üstələyə bilər. Belə ki, 26 oktyabr ticarət sessiyasının nəticələrinə görə, Jeff Bezos sərvətini 6,6 milyard dollar artırıb.

Bu artımın səbəbi Amazon şirkətinin üçüncü rübün yekunlarına dair hesabatı oldu. Sözügedən bu hesabat investorların üzünü güldürüb və şirkətin səhmlərinə tələbi artırıb. Ticarət sessiyası zamanı Amazon şirkətinin səhmlərinin dəyəri 8,5 faiz artıb və 1 qiymətli kağıza görə 1,055 dollara çatıb.

Bill Gates-in sahib olduğu sərvət 26 oktyabr tarixində 87,9 milyard dollar, Bezosun sərvəti isə 83,5 milyard dollar olaraq qiymətləndirilirdi. Microsoft rəhbəri ilin əvvəlindən kapitalını 5,56 milyard dollar (6,7 faiz) artırıb. Bezos isə ilin əvvəlindən 18,1 milyard dollar (28 faiz) varlanıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər