1 C
Baku
Saturday, December 14, 2024

Planlaşdırma və Büdcənin Hazırlanması Şöbəsində Aparıcı Mütəxəssis- PASHA Bank OJSC

“PAŞA Bank” ASC Maliyyə Departamentinin Planlaşdırma və Büdcənin Hazırlanması Şöbəsində Aparıcı Mütəxəssis vakansıyasına işəqəbul elan edir.

BANK HAQQINDA

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə – aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycanın iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

İŞİN TƏSVİRİ

 Ayrı-ayrı büdcələrin vahid büdcəyə konsolidasiyası
 Maliyyə planlaşdırılmasının uğur göstəricilərinin tərtib olunması mərhələsində iştirak edilməsi
 Müsbət balansın təmin edilməsi üçün xərc maddələrinin (A/P, investisiyalar, idarəetmə xərcləri) nəzarət altında saxlanması məqsədilə strateji planlaşdırma və büdcənin tərtibi prosesində iştirak edilməsi
 Məqsədlərin müəyyən olunması mərhələsində təkliflərin təhlil edilməsi
 Xərclərə nazarət edilməsi
 Mütəmadi büdcə prosesinin tələb olunan vaxt çərçivəsində icra edilməsi
 Ümumi biznes planın icrası statusunun monitorinq edilməsi
 Planlaşdırma məqsədilə biznes vahidləri arasında effektiv kommunikasiyanın təmin edilməsi
 Hesabatların dəqiq və razılaşdırılmış vaxt çərçivəsində tərtib edilməsi
 Maliyyə departamentini layihə qruplarında təmsil edilməsi

TƏCRÜBƏ

• Sözü gedən sahədə ən azı 3 illik iş təcrübəsinin olması

TƏLƏB OLUNAN XÜSUSİYYƏTLƏR

• Ali iqtisadi və maliyyə təhsilinin olması;
• Azərbaycan ingilis və rus dillərini mükəmməl səviyyədə bilməli;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək səviyyədə kompüter bilikləri (Ofis proqramları);
• Stress altında işləmə qabiliyyəti.

Namizədlərin müraciətləri 29 avqust 2016-cı il tarixinə qədər [email protected] ünvanına qəbul olunacaqdır.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Planlaşdırma və Büdcənin Hazırlanması Şöbəsində Aparıcı Mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər