Ziraat Bank Azərbaycan ASC Əməliyyat Mərkəzi Departamentinə
Plastik Kartlar üzrə Menecer/ baş mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Rus və İngilis dil bilikləri.
Əsas vəzifələr:
- Plastik kartlar sahəsi üzrə yeni məhsulların hazırlanması və həyata keçirilməsi;
- Ödəniş sistemləri və Prosessinq mərkəzi ilə klirinqin aparılması və klirinq nəticəsində ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması;
- Bank sistemində kartla keçirilən müxabirləşmələrə nəzarət edilməsi;
- Bankın plastik kartlarla və POS/ATM-lə aparılan əməliyyatlarına dair problemlərin araşdırılması və lazımlı hesabatların tərtib olunması;
- Aidiyyatı olan orqanlarla yazışmaların aparılması;
- Mövcud qanunvericilik və bank daxili sənədləşmə proseduruna uyğun olaraq sənədləşmənin aparılması;
- Qüvvədə olan qanunvericilik aktlarında edilən əlavə və dəyişiklikləri daim nəzarətdə saxlamaq və işində rəhbər tutmaq;
Göstərilən tələblərə cavab verən namizədlər oktyabr ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində PLASTİK KART qeyd etməyiniz vacibdir.