20 C
Baku
Thursday, May 2, 2024

PlayStation 6-nın buraxılış tarixi açıqlanıb

“Microsoft”un 68 milyard dollara “Activision Blizzard”ı alması ilə bağlı araşdırmanın bir hissəsi olaraq, “Sony”nin gələcək yenilikləri ilə bağlı sənəd yayımlanıb. Bəyanatda PlayStation 6-nın buraxılış tarixi açıqlanıb.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məktubun fraqmentlərinin birində “Microsoft”un “Activision” oyunlarını yalnız 2027-ci ilədək PlayStation 5-də istifadəyə verməyə davam etməyi təklif etdiyi bildirilib.

PlayStation 5-in dördüncü nəsil konsolun buraxılışından düz 7 il sonra buraxıldığını nəzərə alsaq, PS6-nın 2027-ci ildə nümayiş etdiriləcəyini güman etmək olar.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər