“PMD Group”un rəhbərliyinə təyinat

Azərbaycanda iri şirkətlər qrupu olan “PMD Group” MMC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az-ın əldə etdiyi məlumata əsasən, Aytən Məmmədova şirkətlər qrupunun Müşahidə Şurasının üzvü seçilib.

Aytən Məmmədova bundan öncə “Kapital Bank” ASC-də, Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

“PMD Group”un əsas fəaliyət istiqamətləri aktivlərin idarə olunması, daşınmaz əmlaka investisiya qoyulması və daşınmaz əmlakın idarə olunması üzrə sahələridir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər