20 C
Baku
Sunday, May 5, 2024

“PMD Hospitality”nin hoteli auditdən yayınmağa görə cərimələnə bilər

“Yeni Naftalan Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnir.

Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Nigar Qədirlidir.

İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, PMD-nin bu hotel şirkətinin nizamnamə kapitalı 10 mln. manat idi və 2021-ci ilin sonu ikiyə bölünməklə, onunla paralel “Yeni Naftalan Hotel Company Əmlak” MMC təsis edilmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər